Xaçmazda bir gün əvvəl meyiti tapılan şəxsin qətlə yetirildiyi məlum olub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, bir gün öncə kimsəsiz sahədə meyiti aşkarlanan 1978-ci il təvəllüdlü Ceyhun Sadıqovun 1973-cü il təvəllüdlü Xaçmaz rayon sakini Kamran Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirildiyi aşkarlanıb.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.