• HADİSƏ

    12:52 18 mart 2019

Xaçmazda “milliön” aparatı qarət edilib

Xaçmaz rayonunda oğurluq faktı qeydə alınıb.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çinartala kəndində yerləşən mağazada baş verib. Mağazaya daxil olan naməlum şəxs və ya şəxslər orda yerləşən “milliön” aparatını qıraraq içərisindəki pulu aparıblar.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanıb.

Vəli Turan

Aytən

Teqlər:

SON XƏBƏRLƏR