Xaçmazda piyadanın vurulması ilə nəticələnən avtoqəza olub
  • HADİSƏ

  • 22:59 12 Aprel 2019

Xaçmazda piyadanın vurulması ilə nəticələnən avtoqəza olub

Xaçmaz rayonunda 51 yaşlı piyadanı avtomaşın vurub.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

"BMW " markalı avtomobil yolu keçmək istəyən 51 yaşlı rayon sakini Sevil Məmmədovanı vurub. Qadın yüngül bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Vəli Turan

Sərxan Kamallı

Teqlər: Xaçmaz qəza piyada

OXŞAR XƏBƏRLƏR