Xaçmazda quşçuluq ferması yanıb, 5000 cücə tələf olub
  • HADİSƏ

  • 11:01 14 Aprel 2019

Xaçmazda quşçuluq ferması yanıb, 5000 cücə tələf olub

Xaçmazda quşçuluq fermasında yanğın baş verib. 

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Cığatay kəndində qeydə alınıb.  Ümumi sahəsi 500 kvadratmetr sahəsi olan fermasının  200 kvadratmetri yanıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 300 kvadratmetr ərazi yanğından mühafizə olunub və alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

İlkin məlumata görə, yanğın zamanı fermada olan 5000 cücə də tələf olub.

Yanğının səbəbləri araşdırılır.

Ramiz Mikayıloğlu

Teqlər: ferma yanğın cücə bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR