• HADİSƏ

    09:20 24 aprel 2019

Xaçmazda quşçuluq ferması yanıb

Xaçmaz rayonunda quşçuluq fermasında yanğın baş verib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qaraçı kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Hacıyev Mahir Cəfər oğluna məxsus ümumi sahəsi 1800 kv, olan quşçuluq fermasının 150 kv. hissəsi yanıb. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR