Xaçmaz rayonunda yaşayış evinin yanması nəticəsində iki nəfər dünyasını dəyişib.
ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yalama kəndində qeydə alınıb.
Kənd sakini, 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğluna məxsus, ümumi sahəsi 20 kvadratmetr olan birmərtəbəli, bir otaqlı ev yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibi Əjdər Qədirov və övladı, 2013-cü il təvəllüdlü Taleh Qədirovun yanmış meyitləri aşkar edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Vəli Turan