• HADİSƏ

    09:21 1 iyun 2019

Xaçmazda yük maşını piyadanı vuraraq öldürüb

Xaçmaz rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

ONA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun İstisu qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Bağırov Rad Kazım oğlu idarə etdiyi “Mercedes-Benz” markalı yük maşını ilə piyada 1975-ci il təvəllüdlü Xaçmaz rayon sakini Xələfova Şəfəq Xocabəy qızını vurub. Ş. Xələfova Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR