• HADİSƏ

    22:50 3 may 2019

Xaçmazda zəncirvari qəza baş verib, xəsarət alanlar var - FOTO

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Xaçmaz rayonu, Həsənqala kənd sakini, 1974-cü il təvəllüdlü Əmrah Şıxkərimovun idarə etdiyi "Shaqman" markalı yük maşını rayonun Nərəcan kənd sakini Xəlilov Fətulla Sədulla oğlunun idarə etdiyi "Vaz 21015" markalı avtomobil və Yüksəl Həsovun idarə etdiyi traktorla toqquşub.

Qəza nəticəsində xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR