Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsinin yaradılıb.
ONA xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov DİN-də keçirilən kollegiya iclasında bildirib.
General-polkovnik Vilayət Eyvazov oktyabrın 15-də ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər ərazilərdə Dövlət bayrağımızı ucaltdığını vurğulayıb.