• HADİSƏ

    10:55 30 oktyabr 2023

Xankəndidə bazada düşmənin yararsız hala saldığı minatəmizləmə avadanlıqları tapılıb - FOTO

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən icra edilən humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində “Halo Trust” qeyri-hökumət təşkilatının bazası aşkar edilib.

ONA xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib.

"Beynəlxalq humanitar qeyri-hökumət təşkilatı olan “Halo Trust”a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detektorlara rast gəlinib. Halbuki bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan maddi-texniki vasitələr qəsdən məhv edilib", məlumatda deyilir.

Xankəndidə baza aşkarlanıb, düşmənin yararsız hala saldığı minatəmizləmə avadanlıqları tapılıbXankəndidə baza aşkarlanıb, düşmənin yararsız hala saldığı minatəmizləmə avadanlıqları tapılıbXankəndidə baza aşkarlanıb, düşmənin yararsız hala saldığı minatəmizləmə avadanlıqları tapılıbXankəndidə baza aşkarlanıb, düşmənin yararsız hala saldığı minatəmizləmə avadanlıqları tapılıb

ONA

Teqlər:

SON XƏBƏRLƏR