Keçən il beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində keçirilmiş tədbirlər nəticəsində xaricdə münaqişə zonalarında döyüşən 6 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.
ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Sənəddə qeyd edilib ki, qanunsuz miqrasiya ilə məşğul olan 9 qrup zərərsizləşdirilib. Dövlət sərhədinin pozulmasına görə 609 nəfər, rejim qaydalarının pozulmasına görə isə 13 min 458 nəfər saxlanılıb.