• HADİSƏ

    03:38 16 avqust 2019

Xətai rayonunda 2 avtomobil toqquşub, yaralılar var


Bakıda "Xəzər" televiziyasının yaxınlığında 2 minik avtomobilinin toqquşması nəticəsində ana və qızı - 1986-cı il təvəllüdlü Nəsirova Aytəkin Zöhrab qızı, onun övladı 2007-ci il təvəllüdlü Nəsirzadə Nəsrin Zaur qızı yaralanıb.
APA -nın xəbərinə görə, yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
A.Nəsirovaya burunun açıq sınığı, N.Nəsirzadəyə isə üzün və dodaqların kəsilmiş-əzilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR