Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
1969-cu il təvəllüdlü Hüseynov Naqif Əli oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.