Bu gün saat 09:27-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən ONA-ya verilən məlumata görə, zəlzələnin maqnitudası 4,7 bal, dərinliyi 62 km olub.
Zəlzələ sahilə yaxın ərazilərdə 3 bala qədər hiss olunub.