ONA-nın xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Şüvəlan qəsəbəsində 2007-ci il təvəllüdlü Kərimov Aydın Elxan oğlu yaşadığı evdə valideyn nəzarəti olmadan elektrik cihazının açıq naqilinə toxunub.
Nəticədə uşağı elektrik cərayanı vurub. O, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.