Paytaxtın Xəzər rayonunda istirahət mərkəzlərindən birində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan ad günü şənliyinin iştirakçıları müəyyən olunaraq saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ad günü şənliyindən yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.