Şimal bölgəsinin yüksək dağlıq yaşayış məntəqələrinə qar yağıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Xınalıq və Qırız kəndlərində qarın hündürlüyü 14 sm çatıb.
Qrızda temperatur mənfi 10 dərəcə, Xınalıqda isə mənfi 9 dərəcəyədək enib.
Qusarın Ləzə kəndində qarın hündürlüyü 10 sm, temperatur isə mənfi 10 dərəcə olub.