Abşeron rayonunda gənc oğlan özünü binanın beşinci mərtəbəsindən ataraq intihar edib.
ONA-nın xəbərinə görə, hadisə Xırdalan şəhəri, Heydər Əliyev küçəsində baş verib.
Belə ki, yaşadığı binanın beşinci mərtəbəsindəki mənzilin eyvanından özünü atan 1997-ci il təvəllüdlü Qəmbərov Mikayıl Mehman oğlu hadisə yerində keçinib.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. İntiharın səbəbi hələ ki, məlum deyil.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.