Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, "BMW" mrkalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yüksək süərtlə idarə edərk "Hyundai" marklı maşına çırpılıb.
Hyunday zərbənin gücündən işıqforun qırmızı işığında dayanan "Mercedes" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində "Mercedes"-də olan sürücü xəsarət alıb.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Müəyyən olunub ki, "BMW"-nin sürücüsü avtomobili sərxoş halda idarə edib.
Faktla bağlı araşdırma aparılır.