Xırdalan şəhərində yol nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, 2005-ci il təvəllüdlü Əliyev Oktay Vüsal oğlu yol kənarında durarkən onu motosiklet vurub.
Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.