Abşeronda gənc oğlanı avtomobil vurub.
APA xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.
Heydər Əliyev prospektində yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Kazımov Sədrəddin Tahir oğlunu minik avtomobili vurub. Yaralı 1 saylı Xəstəxanaya yerləşdirilib. Ona sağ budun və çanaq sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.