• HADİSƏ

    21:17 25 yanvar 2021

Xırdalanda baş vermiş partlayış nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib

Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə məlumatı Abşeron MRX-nin direktoru Mehriban Qaralova bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan biri uşaqdır.

Qeyd edək ki, Abşeron rayonunun Xırdalan şəhəri 27-ci məhəllədə evdə partlayış olub. Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. Hazırda axtarış-xilasetmə işləri davam edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR