• HADİSƏ

    22:14 4 may 2019

Xırdalanda başına mühərrik düşən işçi dünyasını dəyişib

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, rayonun Xırdalan şəhərində müəssisələrdən birinin işçisi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

1989-cu il təvəllüdlü Hüseynov Qərib Zaman oğlu iş görən zaman başına mühərrik düşüb. Aldığı ağır xəsarətlərdən Q.Hüseynov hadisə yerində keçinib.

Mərhumun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Ramil

Teqlər:

SON XƏBƏRLƏR