• HADİSƏ

    01:34 12 mart 2019

Xırdalanda civə satmaq istəyən keçmiş məhkum saxlanılıb

Xırdalanda keçmiş məhkum yenidən həbs olunub.

ONA-nın məlumatına görə, polis Abşeron rayonunun Xırdalan şəhərində əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş 1976-cı il təvəllüdlü Rövşən İslamovu yarım kiloqram civəni müştəriyə 5 min manata satmaq istəyərkən iş başında yaxalayıb.

Saxlanılan şəxs törətdiyi əməldən peşman olduğunu bildirib.

Qeyd edək ki, R.İslamov bundan qabaq 4 dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR