• HADİSƏ

    16:53 8 mart 2019

Xırdalanda əmisini öldürüb, mənzili yandıran şəxs saxlanılıb

Ötən gün Xırdalanda "Abşeron Gənclər Şəhəriciyi"ndə yerləşən yaşayış binalarından birində baş vermiş yanğının təfərrüatı məlum olub.

ONA-nın məlumatına görə, Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı baş verən hadisənin cinayət olduğu üzə çıxıb.

Araşdırma zamanı yanaraq dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyəsində sınıq xəsarətlərinin olduğu, öldürülərək yandırıldığı müəyyənləşdirilib. Müəyyən edilib ki, hadisəni mərhumun qardaşı oğlu 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlu törədib. O, izi itirmək üçün mənzili yandırıb.

Abşeron Polis İdarəsinin Sumqayıtda apardığı əməliyyat nəticəsində M. Şıxməmmədov saxlanılıb.

Saxlanılan şəxs hadisəni törətdiyini etiraf edib və bu zaman spirtli içkinin təsirində olduğunu bildirib.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR