Abşeron rayonu Xırdalan şəhərində silahlı insident baş verib.
APA xəbər verir ki, Göyçay sakini, 1990-cı il təvəllüdlü Şirəliyev Ramil Namiq oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Zərərçəkmişin qardaşı Kamilin APA-ya verdiyi məlumata görə, Ramil Şirəliyev "Tir" tüfəngi ilə ehtiyatsız davranan zaman açılan atəş nəticəsində xəsarət alıb.
Hazırda o, xəstəxanada cərrahi əməliyyat olunur və vəziyyətinin ağır olduğu bildirilib.
Fakt araşdırılır.