• HADİSƏ

    05:54 26 iyun 2019

Xırdalanda "KamAZ"-la 6 yaşlı uşağın üstündən keçən sərxoş sürücü saxlanılıb - FOTO - VİDEO - YENİLƏNİB-1

Video əlavə olunub.

***

Saat 00:04

Abşeron rayonu, Xırdalan şəhərində azyaşlını avtomobillə vuran sürücü saxlanılıb.

ONA-nın məlumatına görə, Müşfiq İsgəndərov idarə etdiyi "KamAZ" markalı yük maşını ilə 2013-cü il təvəllüdlü Xəlilzadə Məhmət Oqtay oğlunu vurduqdan sonra ərazidən yayınmışdı.

Məlum olub ki, M.İsgəndərov idarə etdiyi avtomobillə azyaşlının üstündən keçdikdən sonra Ceyranbatan qəsəbəsinə gedib. Polis tərəfindən saxlanılan sürücü Alkoqol Sərxoşluğunun Müayinə Məntəqəsinə aparılıb və onun sərxoş olduğu üzə çıxıb. Sürücünün APA-ya verdiyi məlumata görə, uşağı avtomobillə vurduğunu hiss etmədiyindən hərəkətinə davam edib.

Hazırda faktla bağlı istintaq araşdırmaları aparılır.

***

Saat 20:41

Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 2013-cü il təvəllüdlü Xəlilzadə Məhmət Oqtay oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Azyaşlı aldığı xəsarətlərdən dünyasını dəyişib. Sürücü isə hadisə yerindən yayınıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR