• HADİSƏ

    17:55 11 aprel 2019

Xırdalanda baş verən kütləvi dava ilə bağlı restoran sahibi saxlanılıb - YENİLƏNİB - FOTO

Xırdalanda baş verən kütləvi dava ilə əlaqədar bir nəfər saxlanılıb.

ONA-nın məlumatına görə, dava baş verən restoranın sahiblərindən biri Abşeron rayon Polis İdarəsinə gedərək könüllü təslim olub. Hazırda onun ifadəsi alınır.

Qeyd edək ki, hadisə baş verən restoranın sahibləri üç qardaşdır.

***

Saat 13:11

Xırdalanda kütləvi dava olub.

ONA-nın məlumatına görə, hadisə “Sultan” restoranında qeydə alınıb. Müştərilərlə restoran işçiləri arasında baş verən kütləvi dava zamanı Daxili Qoşunların əməkdaşı Orxan Nağıyev, Çevik Polis Alayının əməkdaşı Rəşad Alışov və onun qardaşı Rüfət bıçaqlanıblar. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Nurlan Əli

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR