Abşeron rayonunda mənzildə çürümüş meyit aşkar edilib.
ONA-nın xəbərinə görə, rayonun Xırdalan şəhər, Qolubiyyə küçəsində yerləşən yaşayış yerində tapılan meyitin şəxsiyyəti hələlik məlum deyil.
Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Abşeron rayon Prokurorluğu və Polis İdarəsi əməkdaşları ölüm faktının səbəblərini araşdırır.
Hazırda ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində də araşdırma aparılır.