• HADİSƏ

    05:49 12 mart 2019

Xırdalanda qadın qəza törədərək ölüb

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən avtoqəza baş verib.

ONA-nın məlumatına görə, Quba rayon sakini Paşayeva Şəhla Nadir qızı KİA markalı avtomobillə paytaxtdan Abşeron rayonunun Masazır qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton arakəsməyə və ağaca çırpılıb. Deformasiyaya uğramış avtomobildə ağır xəsarətlər alan Ş.Paşayeva yerindəcə keçinib.

Hadisə yerinə Abşeron rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Nurlan Əli

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR