Aprelin 6-da saat 23 radələrində Xırdalan şəhəri ərazisində yolu keçən Masazır qəsəbə sakini Faiq Həsənovu avtomobillə vurulub hadisə yerindən yayınan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Yol qəzasını törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Xırdalan şəhər sakini M.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.