• HADİSƏ

    03:42 4 sentyabr 2019

Xırdalanda qadın ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb

Abşeron rayonunda 32 yaşlı qadın hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

ONA xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

1987-ci il təvəllüdlü Sultanova Səidə Ramin qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR