• HADİSƏ

    01:15 26 mart 2019

Xırdalanda qonşu qadınlar dava edib, xəsarət alan var

Abşeron rayonu, Xırdalan şəhərində qonşu qadınlar arasında dava düşüb.

ONA-nın məlumatına görə, hadisə Quşçuluq massivində baş verib.

1971-ci il təvəllüdlü İbrahimova Sarıtel Novruz qızı qonşuluğunda yaşayan qadınla əlbəyaxa dava edib. Nəticədə S.İbrahimovanın başına dəmir alətlə zərbə vurulub. Qadın kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktı Abşeron polisi araşdırır.

Nurlan Əli

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR