• HADİSƏ

    01:29 27 mart 2019

Xırdalanda taksi yol qəzasına səbəb olub - VİDEO

Abşeron rayonunda iki minik avtomobili toqquşub.

ONA-nın məlumatına görə, hadisə Bakı-Sumqayıt şosesinin Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan Yusifov Fəqan Yusif oğlu idarə etdiyi “Daewoo” markalı avtomobilində qəfil əyləcdən istifadə edərək müştərini maşınına mindirmək istəyib.

Sözügedən nəqliyyat vasitəsinin arxasıyla yüksək sürətlə hərəkətdə olan Bağırov Riyad Bəxtiyar oğlu idarə etdiyi “Hyundai” markalı avtomobillə taksiyə çırpılıb.

Xəsarət alan olmasa da avtomobillər deformasiyaya uğrayıb.

Əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib.

Hadisənin dəqiq təfərrüatları araşdırılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR