Fövqəladə Hallar Nazirliyi (FHN) Xırdalanda baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən ONA-ya verilən məlumatda bildirilir ki, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otaqlı mənzildə yataq dəsti və ev əşyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı əriyib.
Yanğının kəşfiyyatı zamanı 1977-ci il təvəllüdlü Şıxməmmədov Namiq Kamal oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Saat 09:31
***
Xırdalanda "Abşeron Gənclər Şəhəriciyi"ndə yerləşən yaşayış binalarından birində yanğın baş verib. Hadisə binanın 6-cı mərtəbəsində qeydə alınıb.
ONA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın zamanı bir nəfər ölüb. Hadisə yerinə Yanğından mühafizə xidmətinin yanğınsöndürənləri cəlb olunub. Yanğının qarşısı tam alınıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.