Xızı rayonunda valideynlərin diqqətsizliyi bədbəxt hadisə ilə nəticələnib.
ONA-nın yerli bürosunun məlumatına görə, rayonun Əmbizlər kəndində evdə nəzarətsiz qalan 2018-ci il təvəllüdlü Mövlanov Ozal Yarbala oğlunun üzərinə qaynar su dağılıb.
Müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən azyaşlıya 1-ci və 2-ci dərəcəli yanıq diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.