Xızıda itkin düşən ana və 3 uşağı tapılıb - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 23:21 21 Yanvar 2020

Xızıda itkin düşən ana və 3 uşağı tapılıb - FOTO

Xızıda itkin düşən ana və 3 övladı tapılıb.

Bu barədə APA-ya Xızı Rayon Polis Şöbəsindən məlumat verilib.

İtkin düşən 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı, 9 yaşlı qızı Nurcan, 8 yaşlı oğlu Nurlan və 1 yaşlı oğlu Sərxan İsayev Bakıda tapılaraq Xızı RPŞ-yə gətirilib. Müvafiq sənədləşmə aparıldıqdan sonra ana və övladları yaxınlarına təhvil veriləcək.

Qeyd edək ki, ana və 3 övladı yanvar ayının 17-də itkin düşmüşdü.

Vəli Turan

Teqlər:

OXŞAR XƏBƏRLƏR