Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində bir neçə mərmi tapılıb.
ONA-nın xəbərinə görə, məlumat Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) “102” Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.
Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları əraziyə gedərək oraya baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 17 ədəd partlamamış hərbi sursat(PHS), 79 ədəd tərkibində heç bir partlayıcı maddə olmayan mərmilər və qumbaralar aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Partlamamış hərbi sursat (PHS) ətrafında 1,000 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.