Xocalı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar Goranboy rayonu Ağcakənd qəsəbəsi ərazisində həm profilaktiki, həm də reyd xarakterli tədbirlər həyata keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təşkil edilən reydlər zamanı karantin rejiminin tələblərini pozan, tibbi maska və digər zəruri tədbirlərə laqeyd yanaşan sürücü və sərnişinlər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.