Xocasəndə minik maşını yolda dayanmış yük maşınına çırpılıb, yaralılar var - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 01:27 03 Noyabr 2019

Xocasəndə minik maşını yolda dayanmış yük maşınına çırpılıb, yaralılar var - FOTO - VİDEO

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza Xocasən qəsəbəsində qeydə alınıb.

"Toyota" markalı minik maşını yolun kənarında dayanmış "MAZ" markalı yük maşınına çırpılıb. Nəticədə 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Yük maşınının sürücüsünün yolun hərəkət zolağında avtomobili saxlayıb getməsi ilə əlaqədar araşdırma aparılır. Yol qaranlıq və yağışlı olduğundan qəza şəraiti yaranıb.

Nurlan Əli

Teqlər: Bakı qəza

OXŞAR XƏBƏRLƏR