• HADİSƏ

    13:40 19 may 2022

Xoreoqrafiya Akademiyasında qanun pozuntularına görə cinayət işi başlanıb

Bakı Xoreoqrafiya Akademiyasında aşkar edilmiş qanun pozuntuları ilə bağlı araşdırma aparılıb.

APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı akademiyanın əməkdaşları da ifadə verib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Xoreoqrafiya Akademiyasında aşkar edilmiş hüquqpozmalarla əlaqədar fakta görə 01.04.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 313 (Vəzifə saxtakarlığı) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR