Xudatda xəsarətlə nəticələnən avtoqəza baş verib
  • HADİSƏ

  • 22:17 06 Aprel 2019

Xudatda xəsarətlə nəticələnən avtoqəza baş verib

Xudat rayonunda iki avtomaşın toqquşub, xəsarət alanlar var.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Qusar yolunda qeydə alınıb.

"Citroen" markalı avtomaşınla "VAZ 2115" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində iki nəfər - Qusar rayon sakinləri, 1968-ci il təvəllüdlü Dair Mehdiyev və 1973-cü il təvəllüdlü Zamiq Yarıyev xəsarət alıb. Hər iki şəxs Xudat Şəhər Xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Vəli Turan

Sərxan Kamallı

Teqlər: Xudat avtoqəza

OXŞAR XƏBƏRLƏR