• HADİSƏ

    15:58 25 fevral 2019

Bakıdakı yanğında zəhərlənənlər evə buraxılıb - YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zəhərlənərək 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən şəxslərin hamısı evə buraxılıb.

Bu barədə ONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Saat 15:28

***

Bakıdakı yanğınla bağlı Respublika Toksikologiya Mərkəzinə yerləşdirilənlərin sayı artıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bunlar 3 aylıq körpə və 43 yaşlı kişidir. Bundan əvvəl isə, mərkəzə 26 və 53 yaşlı qadınlar yerləşdirilib. Onların vəziyyətləri orta ağırdır.

Saat 14:58

***

Yanan binadan çıxarılan 13 nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib.

Bu barədə ONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, onlardan 6-sı uşaq, 7-si böyükdür. Daha sonra zərərçəkənlərdən bir ana və övladı Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib, vəziyyətləri stabildir.

S.Əhmədova onu da qeyd edib ki, zərərçəkənlər arasında ciddi xəsarət alanlar yoxdur.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR