• HADİSƏ

    16:24 24 fevral 2019

Yardımlıda baş verən kütləvi davanın təfərrüatları məlum olub - FOTO

Ötən gün axşam saatlarında Yardımlı rayonunda it döyüşdürənlər arasında baş verən kütləvi davanın təfərrüatları məlum olub.

ONA-nın Cənub bürosunun verdiyi məlumata görə, bir qrup şəxs rayonun Şovud və Ləzran kəndləri arasında yerləşən Abudərdə adlı ərazidə it döyüşdürməyə yığışıb. Bir müddət sonra onlar arasında mübahisə düşüb. Mübahisə bıçaqlanma ilə nəticələnib. Kütləvi davada xəsarət alan 6 nəfərdən biri ölüb. Ölən şəxsin Yardımlı rayon Ləzran kənd sakini, 1985-ci il təvəllüdlü Bəhruz Rafiq oğlu İsgəndərov olması müəyyən edilib.

Mərhumun qardaşı, 1989-cu il təvəllüdlü Pərvin İsgəndərov ONA-ya bildirib ki, hadisə yerinə gec gedib: “Qoyun otararkən yaxınlıqda qışqırıq səslərini eşitdim. Mən həmin yerə çatan zaman qardaşımın yaralı vəziyyətdə uzandığını gördüm. Mən qardaşıma kömək etmək istəyən vaxt bıçaqlandım”.

Kütləvi dava zamanı tərəfləri ayırmağa çalışan mərhumun qohumu, 1996-cı il təvəllüdlü İbrahim Mirzəyev də bıçaq xəsarəti alıb.

Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Tural Kərimov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR