• HADİSƏ

    21:29 23 fevral 2019

Yardımlıda it döyüşdürənlər arasında kütləvi dava olub, ölən və xəsarət alanlar var

Yardımlı rayonunda it döyüşdürən şəxslər arasında kütləvi dava baş verib, ölən xəsarət alanlar var.

ONA-nın cənub bürosunun məlumata görə, rayonun Abudərdə adlanan ərazisində itləri boğuşdurmağa gətirən şəxlər arasında mübahisə yaranıb. Mübahisə bıçaqlanma ilə nəticələnib. Bıçaqlanma nəticəsində xəsarət alan 6 nəfərdən biri xəstəxanada ölüb. Onun Bəhruz adlı gənc olduğu bildirilir. Bıçaq xəsarəti alanlardan ikisi - 1989-cu il təvəllüdlü Pərvin İsgəndərov və 1996-cı il təvəllüdlü İbrahim Mirzəyev Masallı Rayon Mərkəzi Xəstəxanasına, digər iki nəfər isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR