• HADİSƏ

    09:51 25 may 2019

Yardımlıda qətl törədən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Şirvan Apellyasiya Məhkəməsində Yardımlıda qətl törədən şəxsin şikayətinə baxılıb.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Kamil Bəşirovun sədrliyi ilə keçirilən prosesdə Haxıəliyev Şirxan Nuru oğlunun apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 12 aprel 2018-ci il tarixində Yardımlı rayonunun Bürzünbül kəndində ölümlə nəticələnən kütləvi dava baş verib. Qohumlar arasında baş vermiş kütləvi davada kənd sakini, 1997-ci il təvəllüdlü Haxıəliyev Şirxan Nuru oğlu qohumları ilə birgə 1965-ci il təvəllüdlü Rəciyev Bəyzadə Məmmədağa oğluna bədənin müxtəlif nahiyələrinə 30-ə qədər bıçaq zərbələri endirərək qətlə yetirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Haxıəliyev Şirxan Cinayət Məcəlləsinin 120.2.4 maddəsi ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR