Bakının Yasamal rayonunda bir nəfər bədbəxt hadisə zamanı xəsarət alıb.
ONA-nın xəbərinə görə, metronun "Nizami" stansiyasının yaxınlığında 1982-ci il təvəllüdlü Rəhimov Müşviq Nazim oğlu yol kənarında dayanarkən yaxınlıqdakı avtomobilin təkərinin altından çıxan daş onun üzünə dəyib. Nəticədə N.Rəhimovun sağ almacıq sümüyü sınıb.
O, xəstəxanaya yerləşdirilib.
Nurlan Əli