• HADİSƏ

    04:04 23 mart 2019

Yasamalda qayda pozan sürücü qəza törədib - VİDEO

Yasamalda "Hyundai" və "Lada Priora" toqquşub.

ONA-nın verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Şərifzadə küçəsində baş verib.

Anar Nurəliyev idarə etdiyi "Hyundai" markalı avtomobillə “geriyə dönmə qadağandır” nişanının tələbini pozaraq əks yola çıxıb. Bu zaman o, Seymur Ələsgərovun idarə etdiyi "Lada Priora" markalı avtomobillə toqquşub.

Nəticədə avtomobillər deformasiyaya uğrayıb. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Nurlan Əli

Aytən

Teqlər:

SON XƏBƏRLƏR