Bakının Babək prospektində məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğın zamanı 45 yaşlı kişi özünü yataqxana binasının 3-cü mərtəbəsindən atıb.
Bu barədə ONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, hazırda onun vəziyyəti ağırdır. Yaralı 3 saylı şəhər xəstəxanasına aparılıb.