Rusiyanın məşhur idmançısı Aleksandr Yemelyanenko polisə müqavimət göstərməkdə ittiham edilir.
ONA-nın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, idmançı Kislovodsk şəhərində qəza törədib, sora isə polisin qanuni tələblərinə əməl etməyib. Məhkəmə Yemelyanenkonu təqsirli bilərək, onun barəsində 10 günlük həbs qərarı verib.
Qaydasız döyüş ustası əvvəllər də cəzaşəkmə müəssisinə düşüb. 2015-ci ildə o, zorlamada ittiham edilərək, həbs olunub, 2016-cı ilə kimi həbsdə qalıb.